Olaylar.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı, İspaniya, Britaniya, Yaponiya və Fransa bu təşəbbüsü dəstəkləyən ölkələr arasındadır. Təşəbbüs "Fələstin Administriyasının Maliyyə Davamlılığı üzrə Təcili Koalisiya" adlandırılır.
Norveç hökuməti öz payının 40 milyon Norveç kronu (təxminən 4 milyon ABŞ dolları) olduğunu açıqlayıb.
Koalisiyanın əsas məqsədi Fələstin Administriyasının maliyyə vəziyyətini sabitləşdirmək, onun idarəetmə, əsas xidmətləri göstərmə və təhlükəsizliyi təmin etmə imkanlarını qorumaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31