EN

İlham İsmayıl sərbəst buraxılıb

Ekspert İlham İsmayıl barəsində məhkəmə həbsdən imtina edərək, ona başqa qətimkan tədbiri seçib. O, dələduzluq ittihamı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqib olunur. Bu barədə Qafqazinfo məlumat yayıb. 

İlham İsmayıl zərərçəkmiş Emin Məmmədzadədən 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” avtomobilini Almaniyadan gətirəcəyini bildirərək ilkin olaraq 20 min ABŞ dolları alıb. Avtomobil ölkəyə gətirilmədiyi üçün şikayətçi polisə müraciət edib.

İlham İsmayıl Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanmışdı, araşdırmalar davam edir.

Chosen
8
1
anews.az

2Sources