EN

Ermənistanın dövlət borcu kritik həddə yaxınlaşır Büdcənin borcdan asılılığı artır

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan hökumətin proqnozlarına görə, ölkənin ümumi dövlət borcu 2025-ci ilin sonuna kimi 5 trilyon 820 milyard dram təşkil edəcək.

“AzPolitika” xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, dövlət borcu 2026-cı il ərzində 749 milyard dram və ya 12,9% artaraq ilin sonuna 6 trilyon 569 milyard dram təşkil edəcək. Bu da dollar ekvivalentində 15.3 milyard dollar edir. Media yazır ki, Ermənistan Nazirlər Kabineti büdcə xərclərini maliyyələşdirmək üçün borc alır. Büdcəyə daxil olan vergilər və gəlirlər bu xərcləri ödəməyə yetərli deyil.

Sentyabrın 25-də hökumət gələn ilin dövlət büdcəsinin layihəsini təsdiqləyib. Hələ o, komitələrdə və parlamentin iclaslarında müzakirə edilməlidir.

Qeyd olunur ki, bu ilin sonunda dövlət borcu ÜDM-in 52,9%-ni, 2026-cı ilin sonuna isə 55%-ni təşkil edəcək. Bu, dövlət borcu/ÜDM nisbətinin artacağı deməkdir.

Fiskal qaydalara görə, əgər Ermənistan Nazirlər Kabinetinin borcu ilin sonunda ÜDM-in 60%-ni keçmirsə, bu, borcun idarə oluna biləcəyi deməkdir və əlavə xərclərin azaldılmasına ehtiyac yoxdur. Gələn il borc 60%-lik həddi keçməsə də, artıq buna yaxınlaşacaq.

Ermənistan Maliyyə Nazirliyinin son məlumatlarına görə, bu ilin avqust ayının sonuna Ermənistanın dövlət borcu ilin əvvəli ilə müqayisədə 10% artaraq 14,1 milyard dollar (5,4 trilyon dram) təşkil edib.

Qeyd edək ki, Azərbaycanın ümumi dövlət borcu 15.6 milyard dollara yaxındır. Bu isə ÜDM-in 20 faizinə yaxındır. Borcun ÜDM-ə nisbəti göstəricisinə görə, Azərbaycan Ermənistandan 3 dəfəyə yaxın daha yaxşı durumdadır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources