EN

Xankəndidə ev yanıb

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi şəhərində evdə başlayan yanğının genişlənməsinin qarşısı alınıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi şəhər ərazisində yaşayış olmayan evlərdən birində qeydə alınıb.

Ərazidəki tikililər yaxın olduğu üçün yanğının ətrafa yayılma riski böyük olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
5
icma.az

10Sources