EN

"Qarabağ"ın rəqibinin heyətində şok itki - 2-3 həftə oynamayacaq

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin aparıcı oyunçularından olan Koul Palmer sıradan çıxıb. Bu barədə komandanın baş məşqqçisi Entso Mareska məlumat verib..

İngiltərəli hücumameyilli yarımmüdafiəçi 2-3 həftə məşq prosesindən uzaq qalacaq.

"Çelsi" Koul Palmeri 2023-cü ilin yayında "Mançester Siti"dın transfer edib. İngiltərə millisinin üzvü olan 23 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar arasındakı oyun oktyabrın 1-də Londonda baş tutacaq.

saytlarin hazirlanmasi

Chosen
9
sportal.az

1Sources