EN

Simonyan: Ermənistan hərbi xərclərdə Azərbaycanla rəqabət apara bilməz

Ermənistan hərbi xərclərin səviyyəsinə görə Azərbaycan və Türkiyə ilə rəqabət apara bilməz.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan bildirib.

Ermənistan hökumətinin 2026-cı il dövlət büdcəsində müdafiə xərclərini azaltmaq qərarını şərh edən parlament sədri qeyd edib ki, bunu Azərbaycanla və ya Cənubi Qafqazda dəyişən reallıqlarla əlaqələndirmək lazım deyil. pizza mizza

A.Simonyan əlavə edib ki, bu gün hökumət üçün əsas prioritet maliyyə resurslarından səmərəli istifadədir.

Xatırladaq ki, Ermənistan 2026-cı ildə müdafiə xərclərini təxminən 16 % - 560 milyard drama (təxminən 1,46 milyard dollar) qədər azaldacaq.


Telegram kanalımız
Chosen
18
5
yenisabah.az

6Sources