EN

Naxçıvan Su Ehtiyatları Agentliyində 62,6 mln. manat xərclənib - audit yoxlaması

Hesablama Palatasının 2025-ci il planına əsasən keçirilmiş audita görə, Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar tərəfindən 62,6 milyon manat dövlət vəsaiti və əmlakı xərclənib. Audit nəticəsində ciddi maliyyə və inzibati pozuntular aşkarlanıb.

Təftiş zamanı 1 066 288 kubmetr içməli suyun qeydiyyatsız istifadəsi, əməkhaqqının artıq ödənilməsi, nasos avadanlıqlarının sənəddə göstərilənlərlə uyğun gəlməməsi və satınalma prosedurlarında pozuntular müəyyən edilib.

2023-cü ildə suvarma sahəsində su itkisi normadan 1.7 dəfə, 2024-cü ildə isə 1.4 dəfə çox olub. İstismara yararsız 115 ədəd texnika və avadanlıq utilizasiya olunaraq vəsait büdcəyə geri qaytarılıb.

Palata aşkar edilən faktlarla bağlı müvafiq qurumlara məlumat göndərib. Araşdırmalar davam edir.

Aytac 

Chosen
5
1
anews.az

2Sources