EN

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Anım Günü qeyd olundu – FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Yaddaşlarda iz qoyan kadrlar” adlı anım tədbiri keçirilib.

KONKRET.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Komitə sədrinin birinci müavini Namiq Hümmətov tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsinin müstəqillik tariximizdəki önəmindən, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığından bəhs edib.

Sonra tədbir iştirakçıları “Yaddaşlarda iz qoyan kadrlar” adlı xüsusi təqdimatı izləyiblər. Ön cəbhədə çəkiliş aparmış fotomüxbirlər Reza Deqati, Emin Səfərov və Aydın Oqtayoğlu arxiv fotoları əsasında müharibənin yaşatdığı ağrı-acıları, eyni zamanda Azərbaycan Ordusunun şücaəti və xalqımızın ruh yüksəkliyi ilə bağlı təəssüratlarını bölüşüblər.

Chosen
13
1
konkret.az

2Sources