"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
Rekord.az xəbər verir ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün Jones tip 2 qırığı əməliyyatı keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.