EN

İlham İsmayıl dələduzluğa görə saxlanıldığını inkar etdi

Yazını böyüt
Yazını kiçilt

"Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam".

Hafta.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakıda dələduzluqda təqsirləndirilərək saxlanıldığı deyilən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

Ekspert bildirib ki, barəsində yayılan məlumatlar yalandır:

"Bu məni şərləmək istəyən şəxslərin uydurmasıdır. Barəmdə heç bir cinayət işi yoxdur. Mən, sadəcə, polisə çağırılmışam, izahat verib, qayıtmışam. Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam. Mən ümumiyyətlə məhkəməyə getməmişəm. Bu, şişirdilmiş bir məlumatdır. Mən izahat yazıb çıxandan sonra telefonumu söndürmüşəm, məni şantaj edən adam da elə bilib ki, saxlanılmışam".

14:33

Dələduzluqda təqsirləndirilərək saxlanılan ekspert İlham İsmayıl sərbəst buraxılıb.

Hafta.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində İ.İsmayılla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İlham İsmayıl Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. O, dələduzluqda ittiham edilir.

İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Chosen
11
5
hafta.az

6Sources