ain.az, Ayna portalına istinadən məlumat verir.
"Ümumiyyətlə məhkəməyə getməmişəm"
"Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam". AYNA.AZ xəbnər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Bakıda dələduzluqda təqsirləndirilərək saxlanıldığı deyilən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Ekspert bildirib ki, barəsində yayılan məlumatlar yalandır: "Bu məni şərləmək istəyən şəxslərin uydurmasıdır. Barəmdə heç bir cinayət işi yoxdur. Mən, sadəcə, polisə çağırılmışam, izahat verib, qayıtmışam. Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam. Mən ümumiyyətlə məhkəməyə getməmişəm. Bu, şişirdilmiş bir məlumatdır. Mən izahat yazıb çıxandan sonra telefonumu söndürmüşəm, məni şantaj edən adam da elə bilib ki, saxlanılmışam".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.