EN

27 sentyabr qürur günümüzdür

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur. Bu gün şəhidlərimizə dərin ehtiramın, onların müqəddəs xatirəsinə dövlət və xalq səviyyəsində sədaqətin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunan 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Ermənistanın əsassız “dənizdən-dənizə Ermənistan” xülyasın məhv Azərbaycanın suverenliyinin tam bərpa olunduğu həmin tarix qızıl həriflərlə yazıldı.

Müharibədən sonrakı müddət ərzində Azərbaycan hökuməti həyata keçirdiyi siyasətlə həssas təbəqədən olan vətəndaşların yanında olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsi ilə sosial tədbirlər paketi təsdiq olundu və bu paket hər il daha genişləndirilir.

Vətən müharibəsində qazanılan tarixi Qələbə dövlət mükafatlarında da öz əksini tapdı. “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” adı və onlarla yeni medal Azərbaycan əsgərinin igidliyini əbədiləşdirən ali dövlət təltifləridir. Bu mükafatlar həm də gələcək nəsillərə bir çağırışdır: vətənpərvərlik, igidlik və dövlətə sədaqət ən yüksək dəyərdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıda inşa edilən Zəfər parkı xalqımızın qəhrəmanlıq dastanının simvolu, şəhidlərimizin əziz xatirəsinin isə əbədiyyət ünvanıdır.Burada ucaldılan 44 metr hündürlüyündə Zəfər Tağı, 8 Noyabr Zəfər Günü abidəsi, Zəfər Muzeyi xalqımızın mübarizə yolunu, igid övladlarımızın fədakarlığını və milli həmrəyliyi gələcək nəsillərə çatdıracaqdır.

Sonda isə onu qeyd edək ki, Anım Günü təkcə xatırlamaq deyil, həm də qəhrəmanlıq ruhunu yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Chosen
6
2
ikisahil.az

3Sources