EN

Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevə...- Bəs, 11 yaşlı qız uşağı NİL-in hüququ..?


Bu yazıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili, HÜQUQ ALİMİ, AİLƏ HÜQUQU  üzrə ixtisaslaşan, DƏRİN HUMANİZM  PRİNSİPLƏRİNƏ SADİQ QALAN  media təmsilçisi ( e-huquq.az HÜQUQU saytının təsisçisi), milyarder Fərhad Əhmədovun, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin vəkili olmuş  Şaiq Mirzəyevin fəaliyyətinə ötəri bir nəzər salmaq istəyirik. ( Vaxt olanda bu mövzuya daha geniş toxunacağıq ).


Deməli, Şaiq Mirzəyev  Azəraycan dövlətinin  İQTİSADİ TƏHLÜKƏSİZLİYİNƏ, DÖVLƏT MƏNAFEYİNƏ XƏYANƏT ELƏMİŞ, Azəraycanın Beynəlxalq İMİCİNİ LƏKƏLƏMİŞ Adnan Əhmədzadənin hüquqlarını  qoruyacaq.

Yəni söhbət  TOYUQ OĞRUSUNDAN, XIRDA XULİQANDAN, lap hansısa MƏMURUN RÜŞVƏT ƏMƏLİNDƏN GETMİR, söhbət DÖVLƏTƏ XƏYANƏTDƏN gedir.

Söhbət hansısa JEK  RƏİSİ-ndən, yaxud  “kakoy-nibud”  İCRA AŞÇISI-ndan da  getmir. Söhbət uzun illər Azərbaycanın STRATEJİ  QURUMU-nun, yəni SOCAR-ın RƏHƏR-lərindən biri olan Adnan Əhmədzadədən gedir.

Amma yenə də olsun. Normal bir prosesdir. Kimsə Şaiq Mirzəyevin  vəkilliyinə  qəti  etiraz edə bilməz. Bu insan hüquqlarının  adi bir  məsələsidir, məhkumun vəkili olmalıdır.

ANCAQ  və   LAKİN...

HÜQUQ  ALİMİ,  AİLƏ HÜQUQU  üzrə ixtisaslaşan, ÖZÜNÜ DƏRİN HUMANİZM  PRİNSİPLƏRİNƏ SADİQ QALAN  vəkil kimi  təqdim edən  cənab Şaiq Mirzəyev  Azərbaycan mediasını tənbeh edir və deyir:

“Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq. Mətbuatdan da xahişimiz var ki, burada İNSAN TALEYİNDƏN söhbət gedir. Mətbuat nəzərə alsın ki, burada söhbət insanın taleyindən gedir. Onun şəxsi həyatı ilə bağlı məsələlərlə bağlı çoxlu yazılar var. Onun YAXINLARI  oxuyub HƏYƏCAN  keçirirlər”.


İranlılar  demiş,  XEYLİ  XUB, cənab  Şaiq Mirzəyev !


Sən  Adnanın  ŞƏRƏF və ləyaqətindən bəhs  edirsən, qohumlarının HƏYACAN keçirməsindən  ƏMƏLLİ-BAŞLI narahat olursan.

Bəs Azəraycan  dövlətinin İMİCİ, İQTİSADİ TƏHLÜKƏSİZLİYİ, TALAN EDİLMİŞ  MİLYARDLAR hara getsin, ay  cənab VƏKİL ?

Yeri gəlmişkən, cənab  Şaiq Mirzəyev , vəkili olduğunuz SOCAR-ın sabiq  vitse-prezidenti  Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı  ( ATALIQ-ın tanınması   və  ALİMENT  iddiası ) məhkəmə prosesində  NİYƏ  11 YAŞLI  günahsız  qız uşağı NİL  İSMAYILZADƏ-nin  deyil, OLİQARX  Mikayıl İsmayılovun   oğlu Orxan üçün  HƏYƏCAN KEÇİRİRDİNİZ ?

Budur, sizin  HUMANİZM-iniz ?

Tərcümeyi-halınızda yazılır:

AİLƏ HÜQUQU  üzrə ixtisaslaşıb.

Budur, sizin  AİLƏ dəyərlərinə  hörmətiniz ?

Niyə, Adnana görə, Mikayıl İsmayılovun oğlu Orxana görə, milyarder  Fərhad  Əhmədova görə narahat olursunuz, az qala HƏYƏCAN  keçirirsiniz, amma  11 yaşlı qız uşağı NİL-ə görə  HUMANİZM yada  düşmür.

Yeri gəlmişkən, vəkili  olduğunuz  Rusiyalı  milyarder  Fərhad Əhmədovla bağlı  deyirsiniz:

“Fərhad Əhmədova qarşı hücumları əsassız hesab edirəm”.

Bəs  11 yaşlı NİL-ə, onun öz  qanuni hüquqlarını  tələb  edən ANA-sına qarşı  hücumları  nə hesab  edirsiniz ?

Həm də deyəsən, siz ancaq və ancaq milyarderlərin hüquqlarını qoruyursunuz.

Cənab  vəkil  Şaiq Mirzəyev !

Mənim  sizinlə  nəinki yaxından, heç uzaqdan da tanışlığım yoxdur və bu yazı  ŞƏXSİ deyil, tanımadığım, görmədiyim bir uşağın talehi ilə bağlıdır.

Vaxt  darlığından məsələyə geniş və dərindən toxuna bilmədim.

İnşallah, növbəti yazıda  ölkəmizdəki məhkəmə-hüquq  sistemi, vəkillik  institutu ilə bağlı problemə daha dərindən toxunmağa  çalışacam. Hələlik.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

 


Chosen
14
nuh.az

1Sources