"Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam".
Bunu Oxu.Az-a açıqlamasında Bakıda dələduzluqda təqsirləndirilərək saxlanıldığı deyilən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
Ekspert bildirib ki, barəsində yayılan məlumatlar yalandır:
"Bu məni şərləmək istəyən şəxslərin uydurmasıdır. Barəmdə heç bir cinayət işi yoxdur. Mən, sadəcə, polisə çağırılmışam, izahat verib, qayıtmışam. Nə məhkəmə görmüşəm, nə də məhkəməyə çıxarılmışam. Mən, ümumiyyətlə, məhkəməyə getməmişəm. Bu, şişirdilmiş bir məlumatdır.
Mən izahat yazıb çıxandan sonra telefonumu söndürmüşəm, məni şantaj edən adam da elə bilib ki, saxlanılmışam".