BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüş təsəvvür etdiyimdən də yaxşı keçdi.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Tramp döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırılıb:
“Və o da başa düşür ki, Putin qalib gəlmir. Bu gün onun minlərlə itkisi var. Və nə yaxşı ki, prezident başa düşdü ki, bizə sadəcə etibar etmək vacibdir. Bu, mənim üçün çox vacibdir. Putin ona yalan danışıb. Dünən məndə onun başa düşdüyü hissi yarandı. Bəli, o, başa düşür ki, Putin onunla oyun oynayır”.