AZ

“Tramp Ukraynanın müharibədə qalib gəlməsini istəyir” - Zelenski

“Mən inanıram ki, ABŞ Prezidenti Donald Tramp nəhayət Ukraynanın müharibədə qalib gəlməsini istəyir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsi zamanı deyib.

“Nəhayət, Tramp başa düşdü ki, Rusiya Prezidenti Vladimir Putin ona bu münaqişədə uğur gətirməyəcək”, - deyə siyasətçi vurğulayıb.

Zelenskinin sözlərinə görə, hər bir lider üçün ictimai dəstək son dərəcə vacibdir.

“Amerika ictimaiyyəti Putinə hörmət etmir və ona güvənmir və əksər hallarda onun bu müharibəni bitirmək istədiyinə inanmır”, - deyə siyasətçi bildirib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
50
missiya.az

10Mənbələr