EN

Aqrar Xidmətlər Agentliyində ciddi çatışmazlıqlar müəyyən olunub


Azərbaycan Respublikası Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin istifadəsinə dair audit aparıb.
Yeniavaz.com
xəbər verir ki, yoxlama 2023–2025-ci illəri əhatə edib və 111,3 milyon manatlıq daxilolmalar, 105 milyon manatlıq isə xərclər araşdırılıb. Audit nəticəsində heyvanların identikləşdirilməsi prosesinin lazımi səviyyədə aparılmaması, peyvəndləmə işlərində qeyri-şəffaflıq, dövlət statistikasında uyğunsuzluqlar, qeyri-optimal satınalmalar və dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi halları aşkar edilib.
Xüsusilə, 1 milyon manata yaxın vəsaitin səmərəsiz istifadəsi, feromon tələlərinin dövlət qeydiyyatına alınmadan baha qiymətə satın alınması, eləcə də peyvəndlərin vaxtında tətbiq edilməməsi nəticəsində risklərin yaranması diqqətə çatdırılıb. Bundan başqa, torpaq vəsaitlərinin, laboratoriya resurslarının və xidmət gəlirlərinin idarə olunmasında da ciddi çatışmazlıqlar müəyyən olunub.
Chosen
25
1
yeniavaz.com

2Sources