EN

Aqrar Xidmətlər Agentliyi epizootiya əleyhinə peyvəndlərin istifadəsini gecikdirib

BAKI, 26 sentyabr. TELEQRAF

Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvanlar arasında epizootiya əleyhinə peyvəndlərin anbara 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayında mədaxil edildiyi halda 2024-cü ildə gecikdirilərək istifadə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditinin nəticələrində qeyd edilib.

Bildirilib ki, istifadə müddəti bitməsinə az qalmış 2 milyon 795 min 230 doza peyvənd ölkənin 64 rayonuna göndərilib. Bu isə peyvəndlərin təsir müddətli immunitet yaratmasına və dövlət vəsaitlərinin səmərəli istifadəsinə risk yaradıb.

Bundan əlavə, xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib, 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmə adı ilə 64 min 545 doza peyvənd də uçotdan silinib, nəticədə əlavə xərclərə yol verilib.

Chosen
15
teleqraf.com

1Sources