EN

“Qarabağ zəfərinin türk dünyası üçün strateji əhəmiyyəti var” General

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Azərbaycan xalqı tarix boyu istiqlalına, müstəqilliyinə və milli dəyərlərinə sadiq olmuş, dövlət və torpaq uğrunda gərəkdiyində canını fəda etməyə hazır olan qəhrəman bir toplum kimi tanınıb”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi Yücel Karauz deyib. General qeyd edib ki, bu milli xüsusiyyətlər yalnız siyasi müstəqilliyin qazanılmasında deyil, həm də onun qorunub saxlanılmasında mühüm rol oynayıb:

“30 illik işğal dövrü Azərbaycan üçün təkcə tarixi bir mərhələ deyil, həm də milli qürurun, mənəvi dözümün və ədalətə inamın sınağı olub. Bu illər ərzində beynəlxalq güclərin dəstəyi ilə davam edən haqsız işğal 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi ilə sona çatdı. Bu tarixi dönüş nöqtəsi Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqın milli birliyi, şəhidlərin fədakarlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə mümkün oldu, nəticədə işğal altında olan torpaqlar yenidən dövlətin suverenliyi altına qaytarıldı”.

General vurğulayıb ki, Qarabağ zəfəri yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli-mənəvi dəyərlərin təntənəsi kimi qiymətləndirilməlidir:

“Azərbaycan əsgəri bu müharibədə sadəcə torpağı deyil, həm də dövlət rəmzlərinin şərəfini, dilin varlığını və mədəniyyətin nüfuzunu qorumuşdur. Qələbənin mənəvi tərəfi isə dualarla, dini çağırışlarla, anaların göz yaşları və xalqın sarsılmaz inancı ilə möhkəmlənmişdir. Şəhidlərin qanı ilə yoğrulmuş torpaqlar sadəcə coğrafi məkan deyil, milli yaddaşın, iman və fədakarlığın mirasıdır. Bu gün Qarabağda azanların yenidən səslənməsi və milli bayrağın qürurla dalğalanması milli iradənin və mənəvi gücün parlaq təcəssümü kimi çıxış edir.

Qarabağ zəfəri yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün də strateji və simvolik əhəmiyyətə malikdir. Bu zəfər, xüsusilə Türkiyə ilə birlikdə Türk dövlətlərinin həmrəyliyini, qardaşlıq münasibətlərini və ədalət prinsipinə inamı daha da gücləndirmişdir. Anım Günü isə bu birlik və həmrəyliyin rəmzi olaraq tarixə düşdü. 1988-ci ildən bəri Azərbaycanın haqq davası uğrunda, torpaqlarının vətən olması uğrunda canını verən bütün mülki və hərbi şəhidlərimizi rəhmət, minnət və dua ilə anıram. Onların əziz xatirəsi dünya durduqca yaşayacaqdır. Bütün şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Qarabağ – Azərbaycandır!”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
metbuat.az

10Sources