Azərbaycanda həyat sığortası şirkətlərinin 2025-ci ilin yanvar-avqust dövrü üzrə yığımlarının dinamikası açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bazar iştirakçılarının ümumi yığımları 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artaraq 502 milyon 524 min manatdan 593 milyon 573 min manata yüksəlib.
Məlumatlara görə, "Mega Həyat Sığorta" ASC yığımların artım sürətinə görə bütün rəqiblərini geridə qoyub. Şirkət 2024-cü ilin ilk səkkiz ayında 6 048 min manat yığım əldə etdiyi halda, 2025-ci ilin eyni dövründə bu rəqəmi 79,4% artıraraq 10 milyon 849 min manata çatdırıb.
İkinci ən yüksək artım 27,1% ilə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də müşahidə olunub. Şirkətin yığımları 57 milyon 533 min manatdan 73 milyon 158 min manata yüksəlib.
Digər şirkətlərin yığımlarındakı artım dinamikası isə belədir:
"Qala Həyat" Sığorta Şirkəti ASC: Yığımlar 17 549 min manatdan 21 063 min manata yüksələrək 20% artım göstərib.
"Paşa Həyat Sığorta" ASC: Bazarda ən böyük paya sahib olan bu şirkətin yığımları 414 milyon 859 min manatdan 481 milyomn 472 min manata çataraq 15,9% artıb.
"Xalq Həyat" Sığorta Şirkəti ASC: Şirkət yığımlarını 10,4% artıraraq 6 milyon535 min manatdan 7 milyon 211 min manata çatdırıb.
№ | Sığortaçı | 2025, yanvar-avqust | 2024, yanvar-avqust | Dinamika (məbləğ) | Dinamika (faiz/dəfə) |
1 | "Meqa Həyat Sığorta" ASC | 10 849 | 6 048 | +4 801 | +79,4% |
2 | "Atəşgah Həyat" Sığorta Şirkəti ASC | 73 158 | 57 533 | +15 625 | +27,1% |
3 | "Qala Həyat" Sığorta Şirkəti ASC | 21 063 | 17 549 | +3 514 | +20,0% |
4 | "Paşa Həyat Sığorta" ASC | 481 472 | 414 859 | +66 613 | +15,9% |
5 | "Xalq Həyat" Sığorta Şirkəti ASC | 7 211 | 6 535 | +676 | +10,4% |
YEKUN | 593 573 | 502 524 | +91 051 | +15,3% |