RU

Həyat sığorta şirkətlərinin yığımlarının dinamikası renkinqi (YANVAR-AVQUST-2025)

Azərbaycanda həyat sığortası şirkətlərinin 2025-ci ilin yanvar-avqust dövrü üzrə yığımlarının dinamikası açıqlanıb.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  bazar iştirakçılarının ümumi yığımları 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artaraq 502 milyon 524 min manatdan 593 milyon 573 min manata yüksəlib.

Məlumatlara görə, "Mega Həyat Sığorta" ASC yığımların artım sürətinə görə bütün rəqiblərini geridə qoyub. Şirkət 2024-cü ilin ilk səkkiz ayında 6 048 min manat yığım əldə etdiyi halda, 2025-ci ilin eyni dövründə bu rəqəmi 79,4% artıraraq 10 milyon 849 min manata çatdırıb.

İkinci ən yüksək artım 27,1% ilə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-də müşahidə olunub. Şirkətin yığımları 57 milyon 533 min manatdan 73 milyon 158 min manata yüksəlib.

Digər şirkətlərin yığımlarındakı artım dinamikası isə belədir:

"Qala Həyat" Sığorta Şirkəti ASC: Yığımlar 17 549 min manatdan 21 063 min manata yüksələrək 20% artım göstərib.

"Paşa Həyat Sığorta" ASC: Bazarda ən böyük paya sahib olan bu şirkətin yığımları 414 milyon 859 min manatdan 481 milyomn 472 min manata çataraq 15,9% artıb.

"Xalq Həyat" Sığorta Şirkəti ASC: Şirkət yığımlarını 10,4% artıraraq 6 milyon535 min manatdan 7 milyon 211 min manata çatdırıb.

Sığortaçı

2025, yanvar-avqust

2024, yanvar-avqust

Dinamika (məbləğ)

Dinamika (faiz/dəfə)

1

"Meqa Həyat Sığorta" ASC

10 849

6 048

+4 801

+79,4%

2

"Atəşgah Həyat" Sığorta Şirkəti ASC

73 158

57 533

+15 625

+27,1%

3

"Qala Həyat" Sığorta Şirkəti ASC

21 063

17 549

+3 514

+20,0%

4

"Paşa Həyat Sığorta" ASC

481 472

414 859

+66 613

+15,9%

5

"Xalq Həyat" Sığorta Şirkəti ASC

7 211

6 535

+676

+10,4%

 

YEKUN

593 573

502 524

+91 051

+15,3%

Избранный
15
fed.az

1Источники