"Sabah"ın yarımmüdafiəçisi Zinəddin Uld Xaled əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" klubu məlumat yayıb.
Bildirilib ki, fransalı futbolçu ayağın beşinci daraq sümüyünün qırılması səbəbi ilə əməliyyat keçirib.
Bakıdakı klinikalardan birində baş tutan əməliyyat uğurla yekunlaşıb. Həkimlərin ilkin rəyinə görə, Xaled təxminən 6 həftə sonra məşqlərə qayıda biləcək.