EN

Tramp bəzi idxal məhsullarına tarifləri artırır

ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp oktyabrın 1-dən etibarən bir sıra idxal məhsullarına əlavə gömrük rüsumları tətbiq olunacağını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, xaricdə istehsal olunan bütün ağır yük maşınlarına 25% gömrük rüsumu tətbiq olunacaq. Məqsəd yerli istehsalçıları ədalətsiz rəqabətdən qorumaqdır.

Bundan əlavə, mətbəx və vanna otağı şkafları üçün 50%, yumşaq mebel üçün isə 30% tarif müəyyənləşdirilir.

Tramp həmçinin ABŞ-da istehsal müəssisəsi olmayan şirkətlərin markalı əczaçılıq məhsullarına 100% tarif tətbiq ediləcəyini bildirib. Onun sözlərinə görə, tikinti mərhələsində olan müəssisələr bu qərardan istisna ediləcək.

Seyranə Quliyeva

Missiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
missiya.az

1Sources