EN

Həyat sığorta şirkətlərinin ödənişlərinin dinamikası renkinqi (YANVAR-AVQUST-2025)

Azərbaycanda həyat sığortası bazarında sığorta ödənişləri 2025-ci ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq əhəmiyyətli dərəcədə genişlənib.

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə sığortaçıların ümumi ödənişləri 333 milyon 231 min manatdan 427 milyon 188 min manata yüksəlib ki, bu da 93 milyon 957 min manat artım deməkdir.

Ödənişlərin dinamikasına görə ən böyük artım faizi "Mega Həyat Sığorta" ASC-də qeydə alınıb. Şirkət 2024-cü ildəki 698 min manatlıq ödənişini 2025-ci ilin müvafiq dövründə 5,1 dəfə artıraraq 3 milyon 550 min manata çatdırıb.

Lider şirkət olan "Paşa Həyat Sığorta" ASC də yüksək artım tempini qoruyub. Ödənişlərini 29,3% artıraraq 290 475 min manatdan 375 milyon 641 min manata yüksəldib. Bu, mütləq məbləğdə ən böyük artım (+85 166 min manat) deməkdir.

Bununla yanaşı, "Atəşgah Həyat" Sığorta Şirkəti ASC ödənişləri 22% artıraraq 34 milyon 449 min manatdan 42 milyon 033 min manata çatdırıb.

Sığorta ödənişlərinin həcmində azalma müşahidə olunan iki şirkət də olub:

"Qala Həyat" Sığorta Şirkəti ASC: Ödənişləri 36,3% azalaraq 3 milyon 313 min manatdan 2 milyon 109 min manata düşüb.

"Xalq Həyat" Sığorta Şirkəti ASC: Şirkətin ödənişlərində 10,3% azalma qeydə alınıb və 4 milyon 296 min manatdan 3 milyon 855 min manata enib.

Sığortaçı

2025, yanvar-avqust

2024, yanvar-avqust

Dinamika (məbləğ)

Dinamika (faiz/dəfə)

1

"Meqa Həyat Sığorta" ASC

3 550

698

+2 852

5,1 dəfə artıb

2

"Paşa Həyat Sığorta" ASC

375 641

290 475

+85 166

+29,3%

3

"Atəşgah Həyat" Sığorta Şirkəti ASC

42 033

34 449

+7 584

+22,0%

4

"Xalq Həyat" Sığorta Şirkəti ASC

3 855

4 296

-441

-10,3%

5

"Qala Həyat" Sığorta Şirkəti ASC

2 109

3 313

-1 204

-36,3%

 

YEKUN

427 188

333 231

+93 957

+22,0%

Chosen
13
fed.az

1Sources