EN

Zelenski Trampdan görüş zamanı nə istəyib?

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla qapalı görüş zamanı 1600 km mənzilli “Tomahavk” qanadlı raketlərini istəyib.

XəzərNews.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” nəşri bir neçə mənbəyə istinadla məlumat yayıb.

“Ukrayna prezidenti amerikalı həmkarına deyib ki, yüksək texnologiyalı silah sistemi Vladimir Putini sülh razılaşmasını müzakirə etmək üçün danışıqlar masasına gətirməyə kömək edəcək”, - nəşr bildirib.

Qeyd edək ki, “Tomahavk” raketləri 2400 kilometrə qədər uçuş məsafəsinə və 450 kiloqramlıq döyüş başlığına malikdir.

Xəbər 3 dəfə oxunub.
Chosen
12
4
xezernews.az

6Sources