Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu arasında mübahisə yaşanıb.
"Hər şey gözəldi. Xatirə ürəyimdir. Aramızda inciklik ola bilməz. Zəng söhbətində oğlum inciyib. Mən də Xatirənin köməkçisinə zəng etdim ki, mənimlə əlaqə saxlasın. Bir-birimizə çata bilmədik. Tonla çörək kəsmişim. küsülülük ola bilməz".
T.Şahmalıoğlu Xatirənin atasının rəhmətə getməsini deməsinə görə ondan üzr istəyib:
"Xatirədən üzr istəyirəm. Yusif Mustafayev dedi atası rəhmətə gedib. Ona görə mən də "Allah rəhmət eləsin" dedim. Diriyə də rəhmət var".
Axşam.az