EN

“Məqsədimiz qələbədir, ancaq 1 xal da pis deyil” – Liderin rəqibindən

6-cı turun açılış matçında elitanın debütantı “İmişli” avrokubok iddiaçısı “Zirə”ni qəbul edəcək.

Statuslarına baxanda, təbii ki, arada yerlə göy qədər fərq var.

Lakin komandaların cari mövsümdəki çıxışı digər rəqiblər üçün ciddi siqnaldır.

İmişlilər yalnız ilk turda məğlubiyyət acısı dadmaqla son 3 matçı qələbə ilə başa vurubsa, zirəlilər uduzmadan 11 xalla turnir cədvəlinin ilk pilləsində “əyləşib”.

Odur ki, bölgədə keçiriləcək görüşün gərginliyi ilə diqqət çəkəcəyi sirr deyil.

Sportinfo.az-a açıqlama verən “İmişli”nin müdafiəçisi Dioqo Rollo “qartallar”la duel barədə söz açıb:

“Zirə”nin gücündən və təcrübəsindən xəbərdaram. Bilirəm ki, oturuşmuş heyətə sahibdir, hər il avrokuboklarda çıxış edir, hazırda ilk pillədə yer alıb.

Məşqçilər heyəti bizə rəqiblə bağlı lazım olan tapşırıqları verib və verəcək. “Zirə”nin üstün tərəflərini tam öyrənəndən sonra işimizi buna uyğun quracağıq.

Məqsədimiz hər oyundan qələbə ilə ayrılmaqdır. Bunu bacarmırsansa, 1 xal da pis deyil. Hədəfimiz dəyişməz qalır”.

Sentyabrın 26-da Quba Olimpiya İdman Kompleksinin meydanında baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.

HƏBİB

Chosen
17
sportinfo.az

1Sources