EN

Rəşad Sadıqov: Nəticəni pozitiv hesab etmək olar

Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Zirə" Misli Premyer Liqasının 6-cı turunda səfərdə "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərrin suallarını cavablandırıb:

- Bu şəraitdə göstərdikləri əzmkarlıq və peşəkarlığa görə futbolçularıma təşəkkür edirəm. Oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə yaxşı hücumlar qurduq. Sonra standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunumuz bir az pozuldu. Amma ikinci hissədə tamamilə istədiyimiz futbol gedirdi. Çoxsaylı hücumlar edirdik, rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən alındı. Mümkün futbol şəraitini nəzərə alsaq, bugünkü nəticəni pozitiv hesab etmək olar.

- Meydançanın durumu ilə bağlı fikirləriniz necədir?

- Könül istərdi ki, daha yaxşı olsun. Amma bu gün real vəziyyət budur. Bizdən qabaq da "Sumqayıt" burada oynayıb. Bizdən sonra da bu stadionda oyunlar keçiriləcək. Çox da şikayət etmək istəmirəm. Hər birimiz istəyərik ki, meydançalarımızın ot örtüyü daha keyfiyyətli və səviyyəli olsun. O zaman futbolumuz, klublarımız daha sürətlə inkişaf edəcək. Bu meydançanın durumu "İmişli"nin uğurlarına kölgə salmır. Çünki yaxşı stadionlarda da yaxşı oyun nümayiş etdiriblər. Çempionata çox uğurlu start veriblər. Onların da haqqını ödəmək lazımdır. Əzmkar, yaxşı komanda formalaşdırıblar.

- "Şamaxı" ilə matçdan sonra demişdiz ki, məni "İmişli" ilə oyun çox qayğılandırır. İndi necə düşünürsünüz?

- Rəqib son dövrlərdə çox uğurlu qollar vurur. Rəqibi təhlil edəndə vurğulamışdıq ki, diqqətli olmaq lazımdır. Autdan, kornerdən, cinahdan olan cərimə zərbələrindən qolları var. Bizə də elə bir qol vurdular. Oyunun gedişatını nəzərə alsaq, qayğımız özünü doğrultdu.

- İssa Cibrillanın zədəsi ciddidir?

- Sabah tibbi müayinədən keçəcək. Ondan sonra nəsə deyə bilərik.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
8
sportal.az

9Sources