Amerikanın məşhur qəhvə şəbəkəsi "Starbucks" 400 mağazasını bağlayacağını və 900 iş yerinin ixtisar ediləcəyini açıqlayıb.
Â
Sitat.info xəbər verir ki, bu barədə CNN şirkətin baş direktoru Brayan Nikkola istinadla məlumat yayıb.
Â
Bağlanacaq mağazalar "Starbucks"ın ümumi şəbəkəsinin, təxminən 1 faizini təşkil edir. Hazırda Şimali Amerikada 18 734 mağazası olan şirkət, sentyabrın sonuna qədər bu rəqəmin 18 300-ə düşəcəyini açıqlayıb.
Â
Brayan Nikkolun sözlərinə görə, qəhvəxanalar "sosial həyatın mühüm məkanlarıdır və onların hər hansı birini bağlamaq asan deyil". Bildirilir ki, bağlanacaq mağazalar əsasən az səmərəli fəaliyyət göstərənlərdir.
Â
Bununla yanaşı, "Starbucks" əlavə olaraq 900 nəfərin işdən çıxarılacağını təsdiqləyib. Şirkət təsirə məruz qalan işçilərə kompensasiya və dəstək proqramları təqdim ediləcəyini, həmçinin mövcud vakansiyalara yönləndiriləcəklərini bildirib.