Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinə diplomatik dəstəyinə görə Azərbaycana təşəkkür edib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O, Azərbaycanla yanaşı Çinə, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Qətərə, İrana, BƏƏ-yə və BMT-nin Baş katibinə təşəkkürünü ifadə edib.
“Biz müharibədə qalib gəldik və indi biz öz bölgəmizdə sülh axtarışındayıq”, - deyə Pakistanın Baş naziri bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York