AZ

Pakistanın Baş naziri BMT Baş Assambleyasından Azərbaycana təşəkkür edib

Nyu-York, 26 sentyabr, AZƏRTAC

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinə diplomatik dəstəyinə görə Azərbaycana təşəkkür edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O, Azərbaycanla yanaşı Çinə, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Qətərə, İrana, BƏƏ-yə və BMT-nin Baş katibinə təşəkkürünü ifadə edib.

“Biz müharibədə qalib gəldik və indi biz öz bölgəmizdə sülh axtarışındayıq”, - deyə Pakistanın Baş naziri bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
12
20
azertag.az

10Mənbələr