ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
"Hər il payız mövsümündə tənəffüz yollarının infeksiyalarının artımını izləyirik. Bu ilə mövsüm yeni başlayıb. Hələlik xəstəliklərini ciddi artımı müşahidə edilmir. Böyük ehtimal ilə bir neçə həftədən sonra xəstəliklərin sayında müəyyən qədər artım izlənə bilər".
Bu barədə Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunlar virus və bakterial mənşəli infeksiyalar olur:
"Bu mövsümdə daha çox influenza virusunu görürük. Bakteriyalardan isə "Beta streptokok" bakteriyaları daha çox müşahidə olunur.
Əsasən boğaz ağrısı, öskürək, yüksək hərarət, halsızlıq, iştahasızlıq, burun axıntısı və digər şikayətlərlə müraciətlər olunur".
Uzman doktor deyir ki, xəstəliklərin artımı əsasən məktəb və bağçaların açılışından sonra müşahidə olunur. Bu də, uşaqların tez virusa yoluxmasına səbəb olur:
"Qapalı məkanlarda çox oturmaq, ümumi sanuzerlərdən istifadə etmək, xəstə uşaqlarla təmasda olmaq bu tip xəstəliklərin artımına səbəb olur".
Ailələr tərəfindən diqqət edilməsi gərəkən əsas məsələ gigenik qaydalardır. Azər Əhmədov deyir ki, burada əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər mütləq uşaqları gigenik baxımından təlimatlandırmalıdır:
"Uşaqlar əllərini tez-tez yumalıdır. Əgər sinifdə xəstə uşaq varsa, mütləq qoruyucu maskalardan istifadə edilməlidir. Uşaqlar çantalarında əl dizenfeksiya məhsulları gəzdirsinlər və mütəmadi olaraq əllərini təmizləsinlər. Bu viruslar daha çox hava-damcı yolu ilə yoluxduğu üçün təması azaltmaq lazımdır. Yəni əgər uşaq xəstələnərsə, onu bir müddət dərsdən uzaqlaşdırmaq lazımdır. Əsasən də, yüksək hərarəti olan uşaqları dərsə buraxmaq olmaz. Bu ilk növbədə xəstə uşağın öz sağlamlığı üçün təhlükəlidir. Eyni zamanda sinifdəki digər uşaqları da yoluxdura bilər. Bu da xəstələrin kütləvi hal almasına səbəb olar.
Uşaqlar xəstələnəndə valideyn ilk növbədə mütləq pediatra müraciət etməlidir. Həkimsiz uşağın müalicəsi onun ağırlaşmasına səbəb ola bilər. Valideynlər uşaqların qidalanmalarına diqqət yetirməlidir. Tədris ilində uşaqlarda qidalanmalarda problemlər yarana bilər. Bu səbəbdən də, qida rejiminə diqqət edilməlidir. Uşaqlar bol maye qəbul etməlidir. Bol meyvə yeyilməlidir".
Ziya SƏCCAD
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.