EN

Qəbələ”nin 10 illik "Qarabağ" həsrəti

Bu gün Premyer Liqada 6-cı tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk gündə qarşılaşacaq “Qarabağ”la “Qəbələ” artıq 20 ilə yaxındır ki, çempionatda rəqibdirlər.

Son vaxtlar komandaların hədəfləri fərqli olsa da, yaxın keçmişdə çempionluq uğrunda yarışıblar.

Bu qarşılaşma Premyer Liqa çərçivəsində 63-cü duel olacaq. “Qarabağ”ın bu müddətdəki böyük üstünlüyü diqqət çəkir. Təsadüfi deyil ki, ağdamlıların 36 qələbəsinə “qırmızı-qaralar” cəmi 10 qalibiyyətlə qarşılıq verə biliblər. Vurulan qolların sayında da uçurum var – 104:4.

“Qəbələ” sabah 8 illik tilsimi qırmağa çalışacaq. Belə ki, komanda 2017-ci ildən bəri “Qarabağ”la görüşlərdə 3 xal üzünə həsrət qalıb. Axırıncı dəfə qəbələlilər 2017-ci il oktyabrın 22-də doğma arenasında rəqibindən üstün olub – 1:0. Həmin vaxtdan bəri keçirilən 24 qarşılaşmanın cəmi 5-də “Qəbələ” 1 xalla kifayətlənib.

“Qəbələ”nin “Qarabağ” önündə səfər göstəriciləri daha pisdir. Komanda indiyə qədər 31 dəfə qonağı olduğu ağdamlıları cəmi 3 dəfə məğlub etməyi bacarıb. “Qəbələ”nin sonuncu səfər qalibiyyəti 10 il əvvələ – 2015-ci ilin fevralına təsadüf edir.

“Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 19:00-da başlayacaq.

Chosen
14
sportinfo.az

1Sources