EN

Zelenski ilə görüşmək istəyirəm, ona deyəcəklərim var Lukaşenko

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı müharibənin həlli ilə bağlı yaxşı təkliflərinin olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, jurnalist Aleksandr Zarubinə müsahibəsində deyib.

“Masada Ukrayna ilə bağlı yaxşı təkliflər var. Bu təklifləri Alyaskada Donald Tramp da eşidib. Zelenski bu təkliflərlə razılaşmalıdır. Əks halda, Ukrayna lideri bütün ölkəni itirmək riski ilə üz-üzə qalacaq. Ona görə də, mən Zelenski ilə şəxsən danışmaq istəyirəm. Ona deyəcəklərim var. Və hesab edirəm ki, bizim müharibənin dayandırılması ilə bağlı məsləhətləşmələrə getməyimizin vaxtı çatıb”, – Lukaşenko bildirib.

Bundan başqa, o, Ukrayna böhranının həlli ilə bağlı ABŞ-dan gələn mövcud təkliflərin Zelenski üçün faydalı olduğunu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
globalinfo.az

1Sources