EN

Mirzoyan ABŞ Dövlət katibinin müavini ilə regional məsələləri müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Brent Kristensenlə görüşüb.Bu barədə Ermənistan KİV xəbər verir.

Görüş BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 80-ci sessiyası çərçivəsində baş tutub.

Tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış enerji və süni intellekt sahəsində əməkdaşlığa dair ikitərəfli memorandumlarda nəzərdə tutulan sazişlərin həyata keçirilməsində fəal dinamika olduğunu qeyd edib,regional hadisələr və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Chosen
1
5
anews.az

10Sources