AZ

Mirzoyan ABŞ-nin silahlara nəzarət üzrə nümayəndəsi iləgörüşdü

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisinin müavini Brent Kristensenlə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüşdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafına yönəlmiş proqramların icrası müzakirə edilib. Hər iki tərəf enerji və süni intellekt sahələrində avqustun 8-də Vaşinqtonda imzalanmış ikitərəfli memorandumlarda təsbit olunmuş sazişlərin həyata keçirilməsində fəal irəliləyişin olduğunu vurğulayıblar. 

Ararat Mirzoyan və Brent Kristensen regional hadisələr, eləcə də çoxtərəfli forumlarda Ermənistan-ABŞ əməkdaşlığına dair fikir mübadiləsi aparıblar.

Seçilən
0
5
redaktor.az

10Mənbələr