Türkiyə Superliqasında 7-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, turun açılış matçında “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub. Görüş İstanbul klubunun qələbəsi ilə başa çatıb.
“Alanyaspor” - “Qalatasaray” - 0:1
Qol: Mauro İkardi, 23
Ardıcıl 7-ci qələbəsini qazanan “Qalatasaray” 21 xalla turnir cədvəlinin vahid lideridir. 9 xalı olan “Alanyaspor” isə 8-ci pillədə qərarlaşıb.
Bizim.Media