EN

Tramp administrasiyası xarici yardıma ayrılmış 4 milyard dollarlıq vəsaiti donduracaq

ABŞ-da Ali Məhkəmə Tramp administrasiyasına Konqres tərəfindən ayrılan 4 milyard dollarlıq xarici yardım fondunu dondurmaq səlahiyyəti verib.

APA xəbər verir ki, bu haqda məlumat ABŞ Ali Məhkəməsinin hakimi Yelena Kaqanın qərarında deyilir.

"Bu gün səs çoxluğu ilə qəbul edilmiş təxirəsalma qərarı həmin məhkəmə qərarının [xarici yardımın göstərilməsi ilə bağlı] icrasını dayandırır. Nəticədə vəsait öz nəzərdə tutulan alıcılarına çatdırılmayacaq.", - qərarda deyilir.

Müraciət Tramp administrasiyası tərəfindən sentyabrın 5-də Vaşinqtonun apellyasiya məhkəməsinin administrasiyaya qarşı qərarından sonra verilib.

Aşağı məhkəmənin qərarına əsasən, Tramp administrasiyası cari maliyyə ilinin sonuna, yəni sentyabrın 30-na qədər əvvəllər Konqres tərəfindən təsdiqlənmiş xarici yardım fondlarına ən azı 4 milyard dollar xərcləməli idi.

Chosen
15
4
apa.az

5Sources