Çin meteoroloji müşahidələr üçün nəzərdə tutulmuş “Fengyun-3H” peykini uğurla Günəşə sinxron şəkildə orbitə göndərib.
APA xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat yayıb.
Məlumatda buraxılışın şənbə günü Pekin vaxtı ilə saat 03:28-də ölkənin şimalında yerləşən Ciuçüan kosmodromundan “CZ-4C” raketi ilə həyata keçirildiyi bildirilir.
Qeyd olunur ki, ikinci nəsil “Fengyun-3H” peyki onun sələfi olan “Fengyun-3D” peykini əvəz edəcək.
Yeni aparat sinoptiklər tərəfindən istifadə edilən meteoroloji məlumatların yenilənmə dövrünü 6 saatdan 4 saata endirəcək, proqnozlaşdırma müddətini təxminən 24 saat artıracaq və təbii fəlakətlərin monitorinqinin operativliyini demək olar iki dəfə yüksəldəcək.