EN

"Arsenal”ın 75 milyonluq planı

“Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisi Takefusa Kubo və “Sevilya”nın futbolçusu Lyusen Aqumeni transfer etmək istəyir. SİA xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Mənbənin sözlərinə görə, ümumi transfer məbləği 75 milyon avroya çata bilər. 24 yaşlı yaponiyalı Kubo 2025/26 mövsümündə 6 oyunda 1 qol vurub. Onun “Real Sosyedad”la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. “Transfermarkt” futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir. 23 yaşlı fransalı Aqume isə 5 oyunda 1 qol vurub. Onun “Sevilya” ilə müqaviləsi 30 iyun 2028-ci ildə başa çatır, transfer dəyəri isə 8 milyon avro təşkil edir.

Chosen
11
2
sia.az

3Sources