EN

Dövlət Departamenti Kolumbiya liderinin vizasını ləğv etdi

BAKI, 27 sentyabr. TELEQRAF

Nyu-Yorkda küçədə çıxışı zamanı zorakılığa çağırışlar edən Kolumbiya Prezidenti Qustavo Petronun vizası ləğv edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.

“Bu gün Kolumbiya Prezidenti Nyu-Yorkda küçəyə çıxaraq amerikalı əsgərləri əmrlərə tabe olmamağa və zorakılığa təhrik etməyə çağırıb. Məsuliyyətsiz və təhrikedici hərəkətlərinə görə Petronun vizasını ləğv edirik”, - Dövlət Departamenti bəyan edib.

Xatırladaq ki, sentyabrın 24-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Petro Karib dənizində üzən qayıqlara hücumlara görə ABŞ rəsmilərinə və Prezident Donald Trampa qarşı məhkəmə araşdırmasının başlanılmalı olduğunu bəyan etmişdi.

Chosen
9
teleqraf.com

1Sources