EN

Toy və yaslar haqda müzakirə başladı Azərbaycanda yeni qadağa?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son zamanlar Azərbaycanda təmtəraqlı toy və yas mərasimlərinin sürətlə artması ictimaiyyətdə ciddi müzakirələr yaradıb. Bildirilir ki, artıq belə yığıncaqlar absurda doğru gedir və mütləq sadələşdirilməlidir. Bunun üçün isə ya hökumət sərt qərarlar qəbul etməli, ya da proses maarifləndirmə yolu ilə mərhələli şəkildə aparılmalıdır.

Belə mərasimləri sadələşdirmək üçün hökumət radikal addımlara gedə bilərmi? Yoxsa bu industriyanın başında dayanan iri oyunçular müqavimət göstərərək mane olacaq?

Globalinfo.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı deyib ki, xalqın adət və ənənələrinin qanunvericiliklə tənzimlənməsi effektiv deyil və tarixən də nəticə verməyib:

“Sovet dövründə dini mərasimlər qadağan edilsə də, insanlar onları gizli şəkildə icra edirdilər. Həmin dövrdə bəzi toy ənənələrini də aradan qaldırmaq istəsələr də, buna nail ola bilmədilər. Bu səbəbdən mərasimləri inzibati resurslarla deyil, maarifləndirmə yolu ilə tənzimləmək mümkündür. Tanınmış vəzifəli şəxslər, ictimaiyyətin nüfuzlu simaları öz toy və yas mərasimlərini sadə keçirməklə nümunə ola bilərlər. Televiziya və sosial şəbəkələr vasitəsilə bu mövzuda müzakirələr və diskussiyalar təşkil olunmalı, xüsusilə gənclərə alternativ yollar göstərilməlidir”.

Tural Abbaslı

Partiya sədri qeyd edib ki, toy mərasimləri böyük iqtisadi şəbəkəni əhatə edir:

“Belə ki, şadlıq sarayları, musiqiçilər, geyim mağazaları, ərzaq satışı və digər xidmət sahələri bu prosesdən qazanır. Buna görə də hüquqi məhdudiyyətlərlə nəticə əldə etmək çətin olacaq. Hətta pandemiya dövründə insanlar sağlamlıqlarını riskə ataraq toy və yas mərasimləri keçirirdilərsə, qanuni qadağalar da səmərə verməyəcək. Bütün dünyada dəbdəbəli mərasimlər mövcuddur və həmişə istisnalar olacaq”. inandırmaqdır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
globalinfo.az

1Sources