EN

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Neftçi” “Karvan-Yevlax”ı qəbul edəcək

BAKI, 27 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında VI turun növbəti 2 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, günün ilk matçında “Araz- Naxçıvan” Şamaxı şəhər stadionunda eyniadlı komanda ilə üz-üzə gələcək.

Baş hakim Rəşad Əhmədov olacaq. 5 oyundan sonra "şirlər" 5 xalla turnir cədvəlinin 9-cu, "Araz-Naxçıvan" 10 xalla 4-cü yerində qərarlaşıb.

Günün son qarşılaşması "Neftçi" “Palms Sport Arena”da "Karvan-Yevlax"ı qəbul edəcək. Baş hakim Kamranbəy Rəhimov olacaq. Hazırda paytaxt komandası 6 xalla 8-ci, əyalət təmsilçisi 4 xalla 11-ci yerdə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, VI tur
27 sentyabr
15:30. “Şamaxı” – “Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Neftçi Arena”

Qeyd edək ki, turun ilk oyunlarında "Zirə" səfərdə "İmişli" ilə heç-heçə edib - 1:1. "Qarabağ" isə evdə "Qəbələ"yə qalib gəlib - 2:0. Tura sentyabrın 28-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Chosen
6
4
teleqraf.com

10Sources