EN

II Şəhidlər xiyabanında müharibə qurbanlarının məzarları ziyarət edilir

Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsinin 5-ci ildönümü ilə əlaqədar 2-ci Şəhidlər xiyabanına ziyarət başlayıb.

Publika.az xəbər ki, dövlət və ictimaiyyət nümayəndələri, şəhidlərin yaxınları, şəhər sakinləri, eləcə də Azərbaycanın müxtəlif yerlərindən gəlmiş insanlar şəhid məzarlarını ziyarət edir, məzarın önünə əklil qoyurlar.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Chosen
21
8
publika.az

10Sources