EN

Çili parlamentariləri Milli Məclisdə

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Çili Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Əli Əhmədov Azərbaycanın Çili ilə əlaqələrin inkişafına maraq göstərdiyini deyib. O, hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qruplarının olmasını yüksək qiymətləndirib, parlamentlərarası münasibətləri ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirib. O, Çili senatorlarının bu səfərinin Azərbaycan-Çili əlaqələrinin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları ilə bağlı fikirlərini bölüşüb, bu münasibətlərin intensivləşməsində parlamentlərin rolunu vurğulayıb.

Sonra Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares Azərbaycanla Çili münasibətlərinin hazırkı vəziyyəti, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikirlərini səsləndiriblər.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
10
xalqqazeti.az

10Sources