EN

MSN-in rəhbərliyi AzTU-nun tələbələri ilə görüşüb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə sentyabrın 26-da Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib.

MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, universitetin akt zalında təşkil olunan görüşdə müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in rəhbər şəxsləri, AzTU-nun professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.

AzTU-nun rektoru V.Vəliyev çıxış edərək Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 20 illik yubileyi münasibətilə MSN-in kollektivini təbrik edib, yeni tədris ilində Nazirliklə universitet arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

Vətən müharibəsində şanlı Zəfərin əldə edilməsində müdafiə təyinatlı müasir texnologiyaların mühüm rolunu vurğulayan rektor bu istiqamətdə yüksəkixtisaslı mühəndislərin yetişdirilməsinin dövlətimizin strateji məqsədlərindən biri olduğunu qeyd edib. O, bu baxımdan AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. V.Vəliyev MSN-in təşəbbüsü ilə AzTU-da SABAH qruplarının yaradılmasının bu istiqamətdə atılan mühüm addım olduğunu vurğulayıb.

Sonra Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Müdafiə sənayesi nazirinin müavini H.Əzimov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə AzTU-nun professor-müəllim və tələbə heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Azərbaycanın müdafiə sənayesi komplekslərinin moderinizasiyası, bu sahənin liberallaşdırılması və kadr potensialının gücləndirilməsi istiqamətində islahatların aparıldığını deyən nazir müavini yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsinin MSN-in əsas hədəflərindən biri olduğunu bildirib.

Elm və Təhsil Nazirliyi ilə MSN arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində imzalanmış əməkdaşlıq Memorandumundan danışan H.Əzimov bu sahədə tədris proqramlarının təkmilləşdirilməsi, tələbələrin MSN-in müəssisələrində təcrübə keçmələri və elmi-texniki əməkdaşlığın genişləndirilməsi üçün Nazirlik tərəfindən hərtərəfli şəraitin yaradıldığını vurğulayıb.

Tədbir AzTU-nun Dayanıqlı İnkişaf Mərkəzində geniş tərkibdə görüşlə davam etdirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2831

2832

2833

Chosen
13
poliqon.az

1Sources