EN

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Bu gün Misli Premyer Liqasının VI turunda daha iki oyun baş tutacaq. SİA xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma azarkeşlər önündə "Araz-Naxçıvan"ı qəbul edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəşad Əhmədov idarə edəcək.

Günün son matçı Bakıda keçiriləcək. "Neftçi" Karvan-Yevlax"ı qəbul edəcək. Bu qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası

I dövrə, VI tur

27 sentyabr.

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Ceyhun Haşımov.

Şamaxı şəhər stadionu

19:00. "Neftçi" – "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Hakim-inspektor: Babək Quliyev.

"Neftçi Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə edib - 1:1. "Qarabağ" isə "Qəbələ" ni məğlub edib - 2:0. VI tura sentyabrın 28-də yekun vurulacaq.

Chosen
14
5
sia.az

10Sources