EN

Aşağı Güzdək qəsəbəsində anbardakı güclü yanğın məhdudlaşdırılıb — YENİLƏNİB

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Demokrat.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***
08:54

Aşağı Güzdək qəsəbəsində yanan anbardır.

Demokrat.az  bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

***
08:42

Bakı şəhəri, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində güclü yanğın başlayıb.

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, yanğın səbəbindən qatı tüstü ətrafa yayılır.

Chosen
37
13
demokrat.az

10Sources