III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennisçilər arasında komanda yarışlarında Azərbaycanın oğlanlardan və qızlardan ibarət milli komandaları gümüş medala yiyələniblər.
Offsideplus.az xəbər verir ki, hər iki komanda Rusiya millisi ilə görüşdə məğlub olublar.
Həm oğlanlardan, həm də qızlardan ibarət komadalar rəqiblərinə 0:2 hesabı ilə uduzublar.
Qeyd edək ki, stolüstü tennis yarışları sentyabrın 29-da başa çatacaq.