Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Vukovar 1991”i qəbul edib.
Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu 65-ci dəqiqədə Matej Kukla əvəzlənib.
Matç “Varazdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.
Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”sundan 4, ikinci pillədə qərarlaşan “Hayduk”dan 1 xal geri qalır.